Vüsal Qasımlı beyin mərkəzlərinin dəyirmi masasında çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masada çıxış edib.
O bildirib ki, Azərbaycanın elmi inkişafı üçün dünya təcrübəsindən yararlanaraq düzgün modelləşdirmə aparılmalıdır. Bu sahədə dövlət və özəl sektorun birgə iştirakına əsaslanan yanaşma formalaşdırılmalıdır.
V.Qasımlı qeyd edib ki, Çin, ABŞ və İsrailin tətbiq etdiyi modellər Azərbaycana nümunə ola bilər. Çin və ABŞ-də universitetlərin innovasiya proseslərinə güclü inteqrasiyası mövcuddur, İsrail isə dövlət sifarişi və biznes strukturları ilə birgə elmi layihələri dəstəkləməklə seçilir. O əlavə edib ki, Azərbaycanın inkişaf potensialı böyükdür və elmi mühitdə struktur yanaşmanın formalaşdırılması bu potensialın reallaşması üçün əsas şərtdir.
Sosial Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti müzakirə olunub.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib