Vüsal Qasımlı AzMİU-da Zəfər Gününə həsr olunan elmi-praktik konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfər Gününə həsr olunan elmi-praktiki konfransda çıxış edib. Vüsal Qasımlı "Post-konflikt quruculuğu modeli” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında post-konflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib və bu istiqamətlərdə fəaliyyət planına uyğun olaraq iş aparılır. İcraçı direktor qeyd edib ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər. Vüsal Qasımlı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyatın geri qayıtması Dördüncü Sənaye İnqilabı və Davamlı İnkişaf Məqsədlərinə uyğun olmaqla bölgəni SMART regiona çevirməyi də hədəfləyir.
Konfransın plenar iclasında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, millət vəkili Musa Quliyev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "İşğaldan azad olunmuş ərazilərdə planlaşdırma işləri" mövzusunda geniş təqdimatla çıxış edib.
Elmi-praktiki konfransda respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyatı qurumların nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib