“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib
15 oktyabr 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti rüblük iclası keçirilib.
İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin 1-ci yarımilliyi üzrə görülmüş işlərin nəticələri və növbəti dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Tədbirdə İşçi qrupunun üzvləri, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.
“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev çıxış edərək həyata keçirilən tədbirlər barədə məlumat verib. Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Business Ready” hesabatın nəticələrinin ilin sonunadək açıqlanacağını bildirib. Qeyd olunub ki, həyata keçirilmiş işlər müsbət nəticələr əldə ediləcəyinə ümid verir.
Müzakirələr zamanı nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, o cümlədən e-portal üzərində işlərin gedişi, AVİS-2 layihəsinin icrası, eləcə də vergi bəyannamələrinin öncədən doldurulması (“prefiling”) sisteminin tətbiqi barədə məlumatlar təqdim edilib. Qeyd olunub ki, sadələşdirilmiş vergi bəyannaməsinin əvvəlcədən doldurulma - “prefiling” sistemi artıq istifadəyə verilib və ilkin məlumatlara əsasən, vergi ödəyicilərinin böyük bir hissəsi bu xidmətdən faydalanmaqdadır. Həmçinin İşçi qrupun üzvlərinə qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədə məlumat təqdim edilib.
İclasda vergitutma sahəsində aparılan yeniliklərlə bağlı biznes konsaltinq şirkətləri ilə əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb, 2025-ci il üzrə Yol Xəritəsində qarşıda duran vəzifələr nəzərdən keçirilib, növbəti mərhələdə həyata keçiriləcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu