“Türk iqtisadi icmalı”nın xüsusi buraxılışı hazırlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Türk iqtisadi icmalı”nın dördüncü sayını təqdim edib Bu dəfəki bülleten 2022-ci ilin yanvar-dekabr ayları üzrə Türk dövlətlərinin əsas iqtisadi göstəriciləri ilə yanaşı yaşıl iqtisadiyyat və rəqəmsallaşma sahəsi üzrə indikatorları da əhatə edir.
“Türk iqtisadi icmalı”nın dördüncü sayı üç bölmədən ibarətdir: ilk bölmədə Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təqdim edilib, Türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb.
“Türk iqtisadi icmalı”nın xüsusi buraxılışında yenilik edilib. Belə ki, ölkələr siyahısına Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı məlumatlar əlavə edilib. O cümlədən, İcmalın dördüncü sayı Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələri əhatə edərək ümumilikdə 8 dildə təqdim olunub.
İcmalın Türk Dövlətləri Təşkilatı üzv və müşahidəçilərinə ümumi baxış statistikasında göstərilib ki, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edir. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6 faiz, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,7 faiz, Qırğızıstan iqtisadiyyatı 7 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.
Qeyd edək ki, “Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2022-ci il üzrə, ŞKTR isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.
“Türk iqtisadi icmalı”nın xüsusi buraxılışı TDT-nin Katibliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Yaşıl iqtisadiyyat və rəqəmsallaşma sahəsi üzrə yeni bölmədə Elektron Dövlətin İnkişaf İndeksi (EGDI), Açıq Hökumət Məlumat İndeksi (OGDI), elektron ticarət bazarında gəlir, internetə giriş, CO2 emissiyası və karbon izləri ilə bağlı indikatorlar əks olunub. EGDI indeksi üzrə ən yüksək göstəriciyə Qazaxıstan və Türkiyə malikdir, onlar dünya üzrə reytinqdə 28 və 48-ci yerlərdə qərarlaşıblar. TDT ölkələri arasında dünyadakı payına görə 0,03%, 0,10% və 0,13%-lik göstəricilərlə ən aşağı CO2 emissiyasına Qırğızıstan, Azərbaycan və Macarıstan sahibdirlər. Qeyd edək ki, EGDI indikatorunun alt komponenti olan insan kapitalı indeksinə (HCI) görə bütün Türk dövlətləri yuxarı göstəriciyə malikdirlər.
“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdən https://bit.ly/3nxxnyQ
ingilis variantı ilə bu linkdən https://bit.ly/42ScWwr,
rus variantı ilə bu linkdən https://bit.ly/3lNDTRh,
türk variantı ilə bu linkdən https://bit.ly/3zdYEIT,
qazax variantı ilə bu linkdən https://bit.ly/3G23VHn,
macar variantı ilə bu linkdən https://bit.ly/3zfZJQM,
özbək variantı ilə bu linkdən https://bit.ly/40KwaT6
və qırğız variantı ilə isə bu linkdən https://bit.ly/3nvCWO7 tanış olmaq mümkündür.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu