Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbərinin məqaləsi “The Liberum” portalında dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynovun “Türk dünyasında rəqəmsal transformasiya və vergi əməkdaşlığı: vahid rəqəmsal iqtisadi məkana doğru” (“Digital Transformation and Tax Cooperation in the Turkic World: Towards a Common Digital Economic Space”) adlı məqaləsi beynəlxalq analitik platforma olan “The Liberum” portalında dərc olunub. Portal qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq mövzularında analitik yazılar və ekspert rəyləri dərc edir.
Məqalədə qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşması fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rəqəmsal inteqrasiya, innovasiya, süni intellekt və vergi əməkdaşlığı sahələrində artan roluna geniş yer verilir. Müəllif vurğulayır ki, rəqəmsal texnologiyalar, süni intellekt, məlumatların idarə olunması və innovasiya ekosistemləri XXI əsrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib.
Araşdırmada TDT çərçivəsində qəbul edilmiş Rəqəmsal İqtisadiyyat Sazişinin əhəmiyyəti təhlil edilir, sənədin üzv dövlətlər arasında rəqəmsal ticarət, elektron kommersiya, fintech, kibertəhlükəsizlik və rəqəmsal dövlət xidmətləri sahələrində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd olunur. Məqalədə həmçinin Türk Dövlətləri Təşkilatının iqtisadi inteqrasiyasının yeni mərhələyə qədəm qoyduğu və rəqəmsal iqtisadiyyatın təşkilatın strateji gündəliyinin əsas istiqamətlərindən birinə çevrildiyi vurğulanır.
Müəllif xüsusi olaraq 15 iyun 2026-cı ildə Macarıstanın Budapeşt şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Vergi orqanları rəhbərlərinin Birinci iclasının əhəmiyyətini diqqətə çatdırır. Məqalədə qeyd olunur ki, bu toplantı vergi administrasiyalarının rəqəmsal transformasiyası, süni intellektin vergi idarəçiliyində tətbiqi, elektron xidmətlərin inkişafı və müasir fiskal idarəetmə mexanizmlərinin təşviqi baxımından mühüm institusional platforma rolunu oynayır.
Araşdırmada Türk dünyasında süni intellekt və innovasiya əsaslı iqtisadi inkişaf meyilləri də təhlil edilir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın rəqəmsal transformasiya strategiyaları qiymətləndirilərək, bu ölkələrin yeni texnoloji çağırışlara uyğunlaşmaq istiqamətində həyata keçirdikləri islahatların regional rəqabət qabiliyyətini gücləndirdiyi göstərilir.
Məqalənin əsas nəticələrindən biri ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq rəqəmsal iqtisadi məkanın formalaşdırılması gələcəkdə sərhədlərarası rəqəmsal ticarətin genişlənməsinə, interoperable (qarşılıqlı fəaliyyət göstərən) ödəniş sistemlərinin qurulmasına, kibertəhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə, eləcə də innovasiya və elmi-tədqiqat əməkdaşlığının inkişafına şərait yaradacaq.
Müəllifin qənaətinə görə, 180 milyondan artıq əhalini və 2,4 trilyon ABŞ dollarından çox iqtisadi potensialı özündə birləşdirən Türk dünyası rəqəmsal inteqrasiyanı dərinləşdirməklə Avrasiyanın aparıcı iqtisadi və texnoloji mərkəzlərindən birinə çevrilə bilər. Bu baxımdan rəqəmsal transformasiya, süni intellekt və vergi əməkdaşlığı Türk Dövlətləri Təşkilatının gələcək inkişaf trayektoriyasının əsas sütunları kimi çıxış edir.
Məqaləni oxumaq üçün linkə daxil olun:








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib