Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin görüşü keçirilib
Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin iqtisadiyyat sahəsində fəaliyyət göstərən beyin mərkəzlərinin görüşü keçirilib. Türk Dövlətləri Təşkilatının Katibliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas müzakirə mövzusu “Türk Dünyası 2040 Vizyonu”nun həyata keçirilməsində beyin mərkəzlərinin rolu, həmçinin iqtisadi yönümlü beyin mərkəzlərinin əməkdaşlıq platforması və yol xəritəsinin hazırlanması olub.
Görüşdə məruzə ilə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Türk dövlətlərinin inteqrasiyasının dərinləşdirilməsində investisiya, ticarət, maliyyə-bank və nəqliyyat-logistika sahələrində tədqiqatlar gücləndirilməli, habelə müvafiq təklif və tövsiyə sənədləri hazırlanmalıdır: “Fevral ayının 17 və 18-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya üzrə İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Seminarı" Türk dövlətlərinin iqtisadi əməkdaşlığı və “İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsi”nin yaradılması imkanlarının müzakirəsinə həsr olunacaq. Seminarda, həmçinin türk ölkələrinin ortamüddətli inkişaf prioritetləri və "Türk Dünyasına Baxış 2040" məqsədlərinə uyğun olaraq türk ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsi üsullarının müzakirəsi nəzərdə tutulur.”
Müzakirələrdə Türk Akademiyasının, Qazaxıstanın İqtisadi Araşdırmalar İnstitutunun, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin, Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu, Qırğızıstanın Milli Strateji Araşdırmalar İnstitutunun Hüquq və Siyasi Araşdırmalar Mərkəzi, Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun rəhbərləri də daxil olmaqla 50-ə yaxın nümayəndə iştirak edib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf