“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının cari statusu və “Qlobal İnnovasiya İndeksi-2025” hesabatı müzakirə olunub
Oktyabrın 7-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.
İclasda “Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları, “Qlobal İnnovasiya İndeksi-2025” hesabatında Azərbaycanın mövqeyi və edilmiş metodoloji dəyişikliklər, həmçinin metodoloji dəyişikliklər də nəzərə alınmaqla 2026-cı ilin Fəaliyyət Planın planlaşdırılması müzakirə olunub.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək Fəaliyyət Planı üzrə icra edilən əsas layihələr və görülmüş işlər haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırdı. O, “Qlobal İnnovasiya İndeksi-2025” hesabatında Azərbaycanın mövqeyinin yüksəlməsinə baxmayaraq mövcud resurslardan daha effektiv istifadə edilərək daha uğurlu nəticələr əldə edilə biləcəyinin mümkünlüyünü qeyd etdi.
Samir Məmmədov, işçi qrup tərəfindən növbəti ilin Fəaliyyət Planının hazırlanması prosesinə indidən başlanılmasını və aidiyyəti qurumlar tərəfindən real nəticələrə müsbət təsir göstərən tədbirlərin müəyyən edilməsinin vacibliyini bildirdi.
Komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun işinin düzgün və planlı aparılması nəticəsində cari ilin Fəaliyyət Planının mart ayında təsdiq edildiyini və müvafiq işlərə daha erkən başlanıldığını qeyd etdi.
O, növbəti ilin Fəaliyyət Planını hazırlayarkən daha dərin təhlillərin aparılması, planlama zamanı İndeksin ayrı-ayrı blokları üzrə tematik iclasların keçirilməsinin zəruri olduğunu bildirdi.
İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrup tərəfindən müvafiq təkliflər və qərarlar qəbul olunub.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova iştirak edib.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).








Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir