TDAM rəhbəri İlyas Hüseynovun Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirməsinə həsr olunmuş məqaləsi Türkiyədə dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynovun “Bakü - Tiflis - Kars Demiryolunun Modernizasyonu: Orta Koridor ve Avrasya Bağlantısında Yeni Bir Stratejik Dönem” adlı məqaləsi Türkiyənin nüfuzlu beyin mərkəzlərindən biri olan Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin “DASAM Akademi” portalında dərc olunub.
Məqalədə Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolu xəttinin modernizasiyasının regional və qlobal əhəmiyyəti hərtərəfli təhlil edilir. Müəllif BTQ-ni yalnız nəqliyyat infrastrukturu deyil, həm də Avrasiya məkanında iqtisadi inteqrasiya, geoiqtisadi əməkdaşlıq və strateji bağlantıların mühüm elementi kimi qiymətləndirir.
Yazıda qeyd olunur ki, modernizasiya işlərindən sonra BTQ dəmir yolunun illik yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona yüksəlməsi Orta Dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Məqalədə həmçinin Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında yükdaşımaların artması fonunda BTQ xəttinin strateji rolunun daha da gücləndiyi vurğulanır.
İlyas Hüseynov Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika siyasətini təhlil edərək, BTQ layihəsinin ölkənin regional logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edir. Məqalədə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan çoxtərəfli əməkdaşlıq modelinin regionda sabitlik və iqtisadi inkişaf baxımından uğurlu nümunə olduğu bildirilir.
Analitik materialda BTQ layihəsinin geosiyasi və geoiqtisadi nəticələri də araşdırılır. Müəllif hesab edir ki, dəmir yolu xətti Avrasiya məkanında alternativ nəqliyyat marşrutlarının formalaşmasına, ticarət əlaqələrinin şaxələndirilməsinə və regional iqtisadi dayanıqlığın gücləndirilməsinə mühüm töhfə verir.
Məqalədə xüsusi olaraq rəqəmsallaşma proseslərinə diqqət yetirilir. Elektron icazə sistemləri, rəqəmsal gömrük prosedurları, ağıllı logistika həlləri və süni intellekt əsaslı nəqliyyat texnologiyalarının gələcəkdə BTQ xəttinin səmərəliliyini daha da artıracağı vurğulanır.
Müəllif bildirir ki, Bakı - Tbilisi - Qars dəmir yolunun modernizasiyası təkcə mühəndislik nailiyyəti deyil, həm də Azərbaycan, Gürcüstan və Türkiyənin ortaq strateji baxışının, regional əməkdaşlıq modelinin və Avrasiyanın gələcək nəqliyyat arxitekturasının mühüm göstəricisidir.
Qeyd edək ki, “DASAM Akademi” Türkiyədə beynəlxalq münasibətlər, geosiyasət, iqtisadiyyat, təhlükəsizlik və regional inteqrasiya məsələləri üzrə analitik araşdırmaların yayımlandığı nüfuzlu platformalardan biridir.
Məqaləni oxumaq üçün linkə daxil olun:
https://dasamakademi.org/baku-tiflis-kars-demiryolunun-modernizasyonu/









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib