“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə monitorinq Tərtər, Beyləqan, Sabirabad və Neftçala rayonlarında davam edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası üzrə monitorinq səfirini Tərtər, Beyləqan, Sabirabad və Neftçala rayonlarında davam etdiriblər.
Səfərdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və Mərkəzin məsul əməkdaşları, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Monitorinq qrupu Tərtər rayonunda Tərtər çayının sağ və sol sahilləri boyunca sahilbərkitmə işləri və su təmizləyici qurğuların fəaliyyətinə baxış keçiriblər. Şəhərin giriş hissəsində çayın üzərindən keçən əsas körpünün dayaq hissələrinin zərər görmə təhlükəsi və qapalı drenajlardakı çətinliklər müzakirə edilib.
Beyləqan rayonunda Köhnə Xanqızı kanalında sahilbərkitmə işləri, su itkiləri, şəhərdən keçən hissədə lillənmə, Sabirabad rayonunda Kür və Araz çayının birləşdiyi ərazidə çay yatağının yüksəlməsi, sahilbərkitmə işlərinə ehtiyacın olması, sahil kənarı ağac və kollarla bağlı ekeloji məsələlər, Kür çayı üzərində yerləşən nasos stansiyalarının fəaliyyətinin yetərli olmaması, drenaj kollektorların axıdılmasındakı çətinliklər yerində qiymətləndirilib.
Neftçala rayonunda isə modul tipli içməli su təmizləyici qurğulara baxış keçirilib, sahilboyu kəndlərin su təhcizatının yaxşılaşdırılması tədbirləri monitorinq edilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Milli Strategiya çərçivəsində su ehtiyatlarının idarə olunması, su itkilərinin azaldılması, infrastrukturun modernləşdirilməsi və müasir suvarma sistemlərinin tətbiqi istiqamətində tədbirlər uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib