“Startup School 4” proqramının təlim sessiyalarına start verilir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində onlayn təlim sessiyaları başlayır. Sessiyalar startapların qlobal bilik mübadiləsi mühitinə inteqrasiyasını gücləndirmək, iştirakçıların innovasiya və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, investisiya cəlbi və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması məqsədi daşıyır.
İlk təlim sessiyası Maltada fəaliyyət göstərən “Deep Tech Foundry” şirkətinin nümayəndəsi Gonca Kara tərəfindən keçiriləcək və “Dayanıqlı iqtisadiyyat: Avropa imkanları” (Sustainable economy: European opportunities) mövzusuna həsr olunacaq. Bu sessiya çərçivəsində iştirakçılara Avropa dayanıqlı iqtisadiyyat modeli, yaşıl transformasiya trendləri və innovativ bizneslər üçün yaranan yeni imkanlar barədə məlumat veriləcək.
Təlim proqramı dünyanın aparıcı akademik və innovasiya mərkəzlərini təmsil edən ekspert heyəti tərəfindən həyata keçirilir. Bu heyətə Stanford Universitetinin, Alman Süni İntellekt Araşdırma Mərkəzinin (German Research Center for Artificial Intelligence (DFKI), Efiopiya Dövlət Xidməti Universiteti (Ethiopian Public Service University), Misirin “New Mansoura University”, Türkiyənin OSTİM Texniki Universiteti, Kapadokya və Niğde texnoparkları, Çinin “Silk Road High Tech Park Association”, eləcə də Pakistanın İnvestisiya və Ticarət Şurasının (Khyber Pakhtunkhwa Board of Investment and Trade KP-BOIT) qurumunun təmsilçiləri daxildir.
Eyni zamanda proqram çərçivəsində müxtəlif ölkələrin aparıcı innovasiya şirkətləri və ekosistem platformalarını təmsil edən ekspertlər də iştirakçılarla bilik və təcrübələrini bölüşəcəklər. Onların sırasında Maltanın “Deep Tech Foundry”, Madaqaskarın “Delphi Group”, Finlandiyanın “The Brutally Honest Ecosystem”, Estoniyanın “BeHumbo”, Rusiyanın “BuzzFactory”, Hindistanın “The Caucasus-Asia Center” və Avstraliyanın “MH Inspires”, eləcə də yerli ekosistemin nümayəndələri yer alır.
Təlim sessiyaları iştirakçılara qlobal innovasiya ekosistemlərinin ən qabaqcıl təcrübələri ilə tanış olmaq imkanı yaradacaq. Proqram çərçivəsində Silikon Vadisi modelindən tutmuş Avropanın innovasiya və dayanıqlı inkişaf yanaşmalarına, Çinin sürətlə inkişaf edən texnoloji ekosistemindən Türkiyənin sənaye-texnologiya inteqrasiyası təcrübəsinə, eləcə də Yaxın Şərq, Afrika və Asiya regionlarında formalaşan startap modellərinə qədər geniş spektrli biznes və texnologiya yanaşmaları təqdim olunacaq.
Sessiyalar startapların sistemli şəkildə böyüməsi, innovasiyaların kommersiyalaşdırılması və bazara çıxarılması, əqli mülkiyyətin effektiv idarə edilməsi, süni intellekt əsaslı həllərin tətbiqi, investisiya cəlbi strategiyaları və beynəlxalq bazarlara çıxış mexanizmləri kimi strateji istiqamətləri əhatə edəcək. Bununla yanaşı, iştirakçılar real nümunələr üzərindən müasir biznes modellərinin formalaşdırılması barədə praktiki biliklər əldə edəcəklər.
Təlim sessiyalarından sonra iştirakçılar finala hazırlıq üçün fərdi mentorluq dəstəyi ilə təmin olunacaqlar. Mentorluq sessiyaları startap layihəsinin təkmilləşdirilməsi, biznes modelinin optimallaşdırılması və təqdimat bacarıqlarının gücləndirilməsi istiqamətində dəstək göstəriləcək. Proqramın final mərhələsi “Demo Day” “TEI Forum 2026” (Trade, Export and Innovation) çərçivəsində keçiriləcək. Bu mərhələdə iştirakçılar öz startap layihələrini beynəlxalq ekspertlər, investorlar və ekosistem nümayəndələri qarşısında təqdim edəcəklər. Final təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək, ən perspektivli layihələr isə qlobal əməkdaşlıq və investisiya imkanlarına çıxış əldə edəcək.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025