“Startup School 2”nin növbəti təlimində əşyaların interneti və sənaye 4.0-ın yenidən formalaşdırılmasında süni intellektin rolundan danışılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi (Deutsches Zentrum für Künstliche Intelligenzforschung - DFKI) və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin təlimləri davam edir.
Növbəti təlim “Əşyaların interneti (IoT) və sənaye 4.0-ın yenidən formalaşdırılmasında süni intellektin rolu”na (AI's role in reshaping both the Internet of Things (IoT) and Industry 4.0.) həsr olunub. DFKI-nin professoru Dr. Andreas Emrixin keçirdiyi təlim sessiyasında iştirakçılara süni intellektin təkamülünün hərtərəfli icmalı təqdim olunub, onun müxtəlif sənaye sahələrində innovasiyaları idarə etməkdə inqilabi potensialı izah edilib.
A.Emrix, həmçinin “iprodict” və “smartlego” kimi DFKI tərəfindən idarə olunan layihələri nümayiş etdirərək sənaye 4.0-ın transformasiya potensialına aydınlıq gətirib. Bildirib ki, bu nümunələr sənaye proseslərini optimallaşdırmaq və məhsuldarlığı artırmaq üçün süni intellektin praktik tətbiqləri haqqında təsəvvür yaradıb. Bundan əlavə, A.Emrix qeyri-müəyyən mühitlərdə effektiv şəkildə hərəkət edə bilən süni intellekt sistemlərinin dizaynına dair təkliflər irəli sürərək, “qapalı dünya” və “açıq dünya” fenomenlərinin ziddiyyətli paradiqmalarını izah edib. O, nəzəri konsepsiyaları real dünya nümunələri ilə birləşdirərək, ağıllı istehsal (smart production) prosesində innovasiyaları təşviq etməkdə süni intellektin rolundan danışıb.
Sonda mövzu ilə əlaqədar startapçılara xüsusi tapşırıqlar verilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib