“Startup School 2” münsifləri ən yaxşı 5 komandanı seçdilər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 2-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsində “Pitching Day” mərhələsi keçirilib. SABAH.HUB İnnovasiya Mərkəzində təşkil olunan tədbirdə bu mərhələyə seçilmiş 10 komanda münsiflər heyəti qarşısına çıxıb.
Tədbiri giriş sözü ilə açan "Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva bildirib ki, ümumiliklə, “Startup School 2” layihəsinə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən 121 komanda müraciət edib, onlardan 41-i seçilərək onlayn təlimlərə cəlb olunub. İki ay davam edən təlimlərdən sonra 41 komanda arasından 10 komanda növbəti mərhələyə vəsiqə qazanaraq layihə təqdimatına dair dərslərə qoşulub.
M. Musayeva “Pitching Day” mərhələsinə dəvət olunan münsiflər heyətini təqdim edib. Beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətində Səudiyyə Ərəbistanının Al Ula Kral Komissiyasının İnnovasiya və Texnologiyalar üzrə Baş Direktoru Alberto Leyv, “Sendity” şirkətinin baş direktoru və həmtəsisçisi, Səudiyyə Ərəbistanının Al Ula Kral Komissiyasının “Strategiya və İnnovasiyalar” üzrə konsaltinq direktoru Rafael Salazar, Nyukasl Universitetinin Biznes Məktəbində “Sahibkarlıq və İnnovasiyalar” üzrə professor Natalya Radko, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində “İnnovasiya ekosistemi” departamentinin layihə meneceri Rüstəm Mədədzadə, Mədəniyyət Nazirliyində “İnnovasiya Ekosistemi” üzrə ekspert Vüsal Süleymanlı, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev, “R Group” şirkətinin təsisçisi Elmin İskəndər təmsil olunublar.
Komandaların təqdimatının ardınca münsiflər arasında səsvermə keçirilib. 5 komanda növbəti mərhələyə - hakaton yarışına vəsiqə qazanıb. Beləliklə, “Startup School 2” layihəsinin 5 ən uğurlu layihəsi: Naxçıvan Dövlət Universitetinin “System of ANN Modeling the Agro-feasibility”, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin “Terra Reimagined”, Lənkəran Dövlət Universitetinin “PlantGenic AI”, Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd” elan olunub.
Qeyd edək ki, seçilmiş beş komanda mentorlarla birlikdə hakaton yarışına hazırlaşacaqlar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib