Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma görüşləri başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində növbəti nəticə indikatorları üzrə hədəf göstəricilərinin planlaşdırılması istiqamətində dövlət qurumlarının nümayəndələri ilə keçirilən görüşlər yekunlaşıb.
Müzakirələrdə Strategiyada nəzərdə tutulan tədbirlərin icrası üzrə aidiyyəti 32 dövlət qurumundan 110 nəfər nümayəndə iştirak edib. Görüşlərdə 2026-cı il üzrə qarşıda duran vəzifələr nəzərdən keçirilib, dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması məqsədilə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün qurumlara tövsiyələr verilib.
Strategiyanın məqsədlərinə uyğun olaraq, sahibkarlara dəstək mexanizmlərinin effektivliyinin, ünvanlılığının və şəffaflığının artırılması, qeyri-neft-qaz əmtəə və xidmətlər ixracının şaxələnməsi, dayanıqlı və rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsi, Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, makroiqtisadi sabitliyin təmin edilməsi, fiskal tənzimləmənin təkmilləşdirilməsi, məşğulluğun səmərəliliyinin artırılması, sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiya ekosisteminin inkişafı, tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artması, tullantıların səmərəli idarə olunması, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması və digər fəaliyyət istiqamətləri çərçivəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib