Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilir

Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində 2026-cı ilin yekunları üzrə nəticə indikatorlarının dəqiqləşdirilməsi, eləcə də monitorinq və qiymətləndirmə prosesinə hazırlıq məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsinə başlanılıb.

Proses çərçivəsində oktyabr ayı ərzində Strategiya üzrə əsas icraçı qismində müəyyən edilmiş 32 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Strategiyanın icra müddətinin başa çatmaq üzrə olduğu nəzərə alınaraq, 2026-cı il üzrə müəyyən edilmiş hədəf göstəriciləri, nəticə indikatorlarının icra vəziyyəti, mövcud çağırışlar və yekun hesabatlılığın təşkili məsələləri müzakirə olunur.

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları ilk gün Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə görüşüblər.

Dövlət qurumlarının nümayəndələri ilə Strategiya üzrə 2026-cı ilin sonuna nəzərdə tutulmuş hədəflər çərçivəsində mövcud vəziyyət, nəticə indikatorlarının ölçülməsi üçün tələb olunan məlumatların əlçatanlığı və hesabatlılıq mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, yekun monitorinq və qiymətləndirmənin obyektiv və nəticəyönümlü həyata keçirilməsi məqsədilə kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, təsdiqedici məlumatların təqdim olunması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.