“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun növbəti görüşü keçirilib.
Onlayn formada təşkil olunan görüş zamanı altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri barədə məlumat verərək altqrupun 2024-cü il üçün Yol Xəritəsində öz əksini tapan tədbirlərin uğurlu icrasının ölkəmizin beynəlxalq reytinqlərdə irəliləməsinə töhfə verdiyini nəzərə çatdırıb.
Görüşün gündəliyinə uyğun olaraq Yol Xəritəsinin müvafiq bəndlərinin icrası istiqamətində görülmüş işlərə dair məlumatlar verilmiş, xüsusilə İqtisadi Şuranın tərkibində yaradılmış “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları” üzrə İşçi Qrupunun müvafiq altqrupları tərəfindən biznes subyektlərinin fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı irəli sürülmüş təkliflərlə əlaqədar fikir mübadiləsi də həyata keçirilib.
Bildirilmişdir ki, dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli münbit şəraitin yaradılması və keçirilən görüşlər zamanı xarici ticarət iştirakçıları tərəfindən qaldırılan sualların operativ qaydada cavablandırılması dövlət orqanları ilə biznes subyektləri arasında əməkdaşlığın bariz nümunəsidir.
Sonda, altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Məlumat üçün bildiririk ki, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu