Qlobal İnnovasiyalar İndeksinin alt-komponentlərinə cavabdeh işçi qruplarının birgə iclası keçirilib
Qlobal İnnovasiyalar İndeksinin alt-komponentlərinə cavabdeh işçi qruplarının birgə iclası keçirilib. Müzakirənin təşkilində əsas məqsəd “Qlobal İnnovasiyalar İndeksi” üzrə mövcud vəziyyətin araşdırılması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, bu sahədə səmərəli koordinasiyanın təşkilidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə iclasda Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışı geniş müzakirə olunub, ölkəmizin mövqeyi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, 2007-ci ildən fəaliyyətə başlayan Qlobal İnnovasiyalar İndeksinin əsas hədəfi ölkələrin innovativ inkişaf səviyyəsini qiymətləndirmək, hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor da daxil olmaqla) və beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu üçün qapı açaraq innovativ təşəbbüsləri təşviq etməkdir.
Onlayn həyata keçirilən iclasda Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin, Əqli Mülkiyyət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul şəxsləri iştirak edib.
İclas zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov çıxış edərək Qlobal innovasiyalar İndeksinin yenilənən metodologiyası və qiymətləndirmənin konseptual aspektləri barədə məlumat verib. K.İmanov ilk addımda ölkə üzrə innovasiyaya qoyulan sərmayə ilə əldə olunun innovasiya nəticələri arasındakı qarşılıqlı əlaqəyə diqqət yetirərək, innovasiyaya sərmayə qoyuluşunun arzu olunan innovasiya nəticələrinə səmərəli şəkildə çevrilməməsinin səbəblərinin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb. Daha sonra ölkəmizin göstəricilərininin yaxşılaşdırılması üzrə potensial imkanlar və birgə əməkdaşlıq sahələri barədə təkliflər səsləndirilib.
Göstəricilərin yaxşılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin hazırladığı Matrisa layihəsi ətraflı müzakirə edildikdən sonra hər bir indikatorun yaxşılaşdırılması üzrə məsul qurumlar və beynəlxalq qurumlara məlumat göndərməklə məsul qurumlar barədə təkliflər geniş müzakirələr nəticəsində razılaşdırılib.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə, xüsusilə Qlobal İnnovasiyalar İndeksində mövqeyinin yüksəldilməsi istiqamətində fəaliyyətin davam etməsinə, müvafiq Matrisa layihəsi üzrə işlərin təşkil olunması razılaşdırılıb.
Həmin Matrisada əks olunan bölgü əsasında növbəti il üzrə görülməli strateji və taktiki addımların hazırlanması, bu sahədə çevik kommunikasiyanın qurulması, habelə Beynəlxalq Əqli Mülkiyyət Agentliyi (WIPO) ilə qarşılıqlı müzakirələrin aparılması qərara alınıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib