“Orta Dəhliz” kitabı Milli Aviasiya Akademiyasında təqdim edildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) adlı kitabın Milli Aviasiya Akademiyasında (MAA) təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan MAA-nın “Menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Heydər Həsənov Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyəti, bu layihədən gözləntilər barədə danışaraq hava nəqliyyatı ilə daşımalarda da qeyd olunan marşrutun vacibliyini vurğulayıb. Professor təqdim olunan kitabda Orta Dəhlizin regionun inkişafında strateji rolunun hərtərəfli təhlil olunduğunu qeyd edib.
İİTKM-in icraçı direktorunun müşaviri, iqtisad elmləri doktoru Bağış Əhmədov təqdimatın təşkili ilə bağlı Akademiya rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirərək qeyd edib ki, bu layihə Mərkəzin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu) İnstitutu ilə birgə həyata keçirilib. 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim tərəfindən yazılan kitab Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tarqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.
Sonra İİTKM-in şöbə müdiri, kitabın layihə rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov təqdimatla çıxış edərək “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabının strukturu, ayrı-ayrı fəsillərdə əhatə olunan mövzularla bağlı ətraflı məlumat verib.
MAA-nın Elmi informasiya və patent şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fuad Mirzəyev təqdim olunan kitabın Orta Dəhliz mövzusunda ilk fundamental əsər və gənc tədqiqatçılar üçün zəngin bir mənbə olduğunu vurğulayıb.
Sonra kitabın həmmüəlliflərindən biri, iqtisadçı ekspert Ayhan Satıcı nəşrin ərsəyə gəlməsində həyata keçirilən tədqiqat prosesi barədə məlumat verib.
Sonda Akademiyanın müəllim heyəti və doktorantlarının sualları cavablandırılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu