Nicat Hacızadə: İxracın idxalı qarşılama faizi 140% təşkil edib
Uzun zamandır qlobal istehlakda baş verən darlaşma dünya ölkələrinin ticarət münasibətlərinə öz mənfi təsirlərini göstərib. Habelə, pandemiya ilə əlaqədar geniş istehlak və satınalma gücünə malik ölkələrin qeyri-tarif tənzimləmələri, xüsusilə sanitariya və fitosanitar yoxlamaların, texniki baryerlərin, kənd təsərrüfatı məhsullarına təhlükəsizliyin artırılması xarici ticarət həcminin azalmasına gətirib çıxarıb. Buna baxmayaraq, Azərbaycanın kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət partnyorlarında normallaşma prosesinin əhatə dairəsinin genişlənməsi mal və məhsul həcmində artıma səbəb olub. Ölkəmizdə yanvar-may ayları üzrə 1% civarında iqtisadi artım, habelə pərakəndə ticarət dövriyyəsində müşahidə edilən 0,3%, ərzaq məhsullarında isə 2,4%-lik artım da daxili və xarici ticarətin bərpası istiqamətində proqnozları dəstəkləyir. Qeyri-neft sektorunda qeydə alınan 4,5% artımın hərəkətverici qüvvəsi sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalının 16,2 faiz artımıdır. Qeyri-neft sektorunda yaranan əlavə dəyərin əsas hissəsi ölkə daxili istehlakın tərkib hissəsidir.
Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ixracı 8,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 mln. dollar və ya 27,1% artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13,2%-ə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracda artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk 6 ayı üzrə ildə 82 ABŞ dolları, 2018-ci ildə 94 ABŞ dolları, 2019-ci ildə 97 ABŞ dolları təşkil edib. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 ABŞ dollarına düşsə də, bu ilin ilk 6 ayında tarixdə ilk dəfə 116 ABŞ dolları səviyyəsinə qalxıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə iyun ayı üzrə xarici ticarət həcmi 2,4 mlrd ABŞ dolları olmaqla, mövcud dövr ərzində ölkə üzrə ixrac 1,4 mlrd ABŞ dolları, idxal isə 997,1 mln ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 33,7% təşkil etməklə 254,9 mln ABŞ dolları olub. Habelə, iyun ayında qeyri-neft ixracının ümumi ixracda payının təxminən 20%-ə yaxınlaşmasını da əlamətdar hadisə kimi qeyd edə bilərik. Daha bir göstərici ixracatın idxalı qarşılama əmsalıdır ki, bu da 1,4 bənd, faizlə ifadə etsək 140% təşkil edib. Halbuki, bu göstərici ötən il pandemiya səbəbi ilə 86,7% təşkil edib. İxracın idxalı qarşılama əmsalı və ya faizi idxalın ixrac tərəfindən nə qədər qarşılanmasını göstərən indikatordur. Qeyd edək ki, Gürcüstanda bu 47,5%, Ermənistanda isə 40%-dir.
Mal və məhsul ixracından əlavə qeyri-neft sektoru üzrə xidmətlər ixracı üzrə ilin ilk rübündə 496 mln ABŞ dolları civarında ixrac həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınmasının əsas səbəbi, 2020-ci ilin ilk aylarında turizm sektorunun aktiv fəaliyyəti ilə əlaqədardır. Pandemiyanın geniş əhatə olunmadığı 2020-ci ilin ilk rübündə turizm xidmətləri ixracı 267,4 mln ABŞ dolları təşkil edib ki, bu da xidmətlər ixracındakı artımı şərtləndirib. Habelə, 2020-ci ilin ilk rübü üzrə qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192.2 mln ABŞ dolları olduğu halda, 2021-ci ilin ilk rübündə xidmətlər balansının kəsiri azalaraq 138 mln ABŞ dolları təşkil edib. Xidmətlər ixracının drayveri olan nəqliyyat xidmətləri qeyri-neft sektoru üzrə 305,5 mln təşkil edib.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri