“Makroiqtisadi dayanıqlılıq” üzrə İşçi qrupu 2024-cü ilin birinci yarısını müzakirə edib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış “Makroiqtisadi dayanıqlılıq” üzrə İşçi qrupun növbəti iclası keçirilib. İclasda Strategiyanın 2024-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində birinci yarımillik üzrə görülmüş işlərin monitorinq və qiymətləndirilməsinə dair müzakirə aparılıb.
İşçi qrupun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Strategiya istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədi üzrə hesabatın 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2024-cü ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat verib. O, tədbirlərin icrası istiqamətində müəyyən edilmiş çağırışları və tövsiyələri təqdim edib, növbəti yarımildə işlərin icrasının sürətləndirməsi ilə bağlı təklifləri irəli sürüb.
Birgə fəaliyyətin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri arasında müzakirələr aparılıb, növbəti addımlar müəyyən edilib.
“Makroiqtisadi dayanıqlılıq” İşçi qrupunda Mərkəzi Bank və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin, Dövlət Neft Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib