"Layihə idarəetməsi” modulu üzrə təlimlərdə 51 qurumdan 150 nümayəndə iştirak edib
Nazirlər Kabinetinin tapşırığı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan "Layihə idarəetməsi” modulu üzrə təlimlər uğurla başa çatıb. Beş gün davam edən təlimlərdə 51 dövlət qurumunun 150-ə yaxın nümayəndəsi iştirak edib.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə modulun funksiyaları, iş axını və hesabatlılıq imkanları barədə ətraflı məlumat verib. Təlimlərdə Strategiya və Dövlət Proqramlarında nəzərdə tutulan layihələr barədə müvafiq məlumatların modula əlavə edilməsi üzrə praktiki təqdimatlar edilib, Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıların sualları cavablandırılıb və irəli sürülən təkliflər ətrafında müzakirələr keçirilib.
Təlimin sonuncu günündə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Şuşa şəhər Dövlət Qoruğu İdarəsi, Gənclər Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan İnvestisiya Holdinqi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları iştirak ediblər.
Təlimlər boyunca iştirakçıların göstərdiyi maraq və fəallıq modulun aktuallığının və onun tətbiqinin uğurlu olacağının göstəricisi kimi qiymətləndirilib. "Layihə idarəetməsi” modulunun tətbiqi Strategiya və Dövlət Proqramlarının icrasının monitorinqi və qiymətləndirilməsində yeni bir mərhələ hesab olunur. Layihələr üzrə mərkəzləşdirilmiş və real vaxt rejimində fəaliyyət göstərən bu sistem ölkəmizin inkişaf strategiyalarının effektiv və uğurlu icrasına mühüm töhfə verəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib