Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi ilə bağlı müzakirədə İİTKM-in nümayəndəsi iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbərinin müavini Günay Quliyeva Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi ilə bağlı müzakirədə iştirak edib. Bu tədbir Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi (SME Policy Index) üzrə növbəti qiymətləndirmə mərhələsinə hazırlıq məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və özəl sektor təmsilçiləri iştirak ediblər.
İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov qiymətləndirmənin hər il olmaqla artıq 10 ildir ki aparıldığını və onun kiçik və orta biznesin (KOB) inkişafı sahəsində fəaliyyətin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Ölkədə son dövrlər KOB sektorunun inkişafı sahəsində müxtəlif qurumlar tərəfindən bir çox tədbirlərin həyata keçirildiyini və yeni təşəbbüslərin icra olunduğunu diqqətə çatdıran Emil Məcidov aidiyyəti qurumları qiymətləndirmə prosesində fəal iştiraka dəvət edib.
Qeyd edək ki, “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” (SME Policy İndex) KOB-lar üzrə siyasətlərin hazırlanması və həyata keçirilməsi prosesinin Avropa İttifaqı ölkələrinin və digər qabaqcıl beynəlxalq təcrübələr ilə müqayisədə qiymətləndirilməsinə imkan verən alətdir. Qiymətləndirmə Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Təlim Fondu ilə birgə İƏİT tərəfindən hazırlanıb və 2012-ci ildən başlayaraq Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib