“İxrac İcmalı”nın iyun sayı təqdim olunub
“İxrac İcmalı”nın iyun sayına əsasən, 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9% artıb.
2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.
2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (91 milyon ABŞ dolları) ikinci, karbamid (84,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə 390,2 milyon ABŞ dolları, Rusiyaya 263,4 milyon ABŞ dolları, Gürcüstana 74,7 milyon ABŞ dolları, İsveçrəyə 66,4 milyon ABŞ dolları və ABŞ-a isə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin may ayı üzrə ixrac 3,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% olmaqla 222,4 milyon ABŞ dolları qeydə alınıb. 2022-ci ilin may ayında yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları olub.
2022-ci ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (56,5 milyon ABŞ dolları) ikinci və Hindistan (17 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (32,8 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,2 milyon ABŞ dolları) ikinci və karbamid (15,9 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-may aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2022-ci ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Aqrovest” MMC, “ZR-78 Company” MMC, “Mors Trading” MMC, “Baku Steel Company” QSC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “AzMet” QSC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Socar Polymer” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “AzerGold” QSC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC.
2022-ci ilin yanvar-may aylarında “Azərkosmos” tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2022-ci ilin may ayında isə “Azərkosmos” dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,2 milyon ABŞ dolları ilə Fransa, 1,8 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə BƏƏ və 0,6 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2022-ci ilin may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 184,1 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-may aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 870,4 milyon manatlıq əməliyyat aparıblar.
2022-ci ilin yanvar-may aylarında Azexport.az portalına 215 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin may ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 52,3 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin may ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 may tarixinə kimi (65 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise