İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına həsr olunan konfrans keçirilib
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfrans keçirilib. Tədbir “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunub.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açılış nitqi ilə çıxış edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin içracı direktoru “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair” I Dövlət Proqramının tədbirlər planı ilə bağlı təqdimatla çıxış edib.
Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdış Proqramının ekoloji aspektləri”, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev “Böyük Qayıdışda insan kapitalının rolu”, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Böyük Qayıdış: Şəhərsalma siyasətinin hədəfləri” mövzularında məruzələr ediblər.
Bildirilib ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Sərəncamı ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlər əsasında yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb. Strategiyada əks olunan Milli Prioritetin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının Tədbirlər Planı bölməsində 25 fəaliyyət istiqaməti üzrə görüləcək 188 tədbirin icrası nəticəsində 237 ilkin, 238 aralıq və 163 yekun nəticə indikatorları olmaqla toplam 638 indikator müəyyənləşdirilib.
Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib. Müraciəti YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov səsləndirib.
Konfransda dövlət və hökumət rəsmiləri, Yeni Azərbaycan Partiyasının nümayəndələri, millət vəkilləri, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib