Iqtisadiyyatın strateji yol xəritəsi Ağdamda ictimai müzakirəyə açıldı
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin ictimai müzakirələri davam edir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti tədbiri Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Fizuli və Xocəvənd rayonlarının ictimaiyyətinin iştirakı ilə keçiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Strateji yol xəritəsinin başlıca istiqamətləri iqtisadiyyatın uzunmüddətli dönəmdə davamlı inkişafını təmin edəcəkdir. Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" barədə məlumat verərək sənədin qısa, orta və uzunmüddətli dönəmdə əhəmiyyətini qeyd etmişdilər. Sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və bölgə ictimaiyyətinin nümayəndələri sənədə dair rəy və təkliflərini veriblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib