“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsinə qlobal tərəfdaşlar cəlb olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramına qlobal tərəfdaşlar qoşulub.
Onlar arasında Türkiyənin sənayeyönümlü innovasiya mərkəzi olan “OSTİM” Texniki Universiteti, Pakistanın investisiya və ticarət sahəsində ixtisaslaşmış dövlət qurumu “KP-BOIT”, rəqəmsal kommunikasiya və marketinq sahəsində fəaliyyət göstərən “BuzzFactory” (Rusiya), investisiya vasitəçiliyi və şəbəkələşmə imkanları təqdim edən “Özbahçeci Invest Club” (Türkiyə), rəqəmsal transformasiya və sosial innovasiyalar sahəsində ixtisaslaşmış “YellowX” və “BeHumbo” (Estoniya), qlobal texnoloji və sosial təsir yönümlü layihələrə sərmayə yatıran “Synapses Ventures” (ABŞ), sosial dəyişiklik və davamlı inkişaf sahəsində çalışan “Key of Change” (Türkiyə), beynəlxalq akselerasiya proqramları ilə tanınan “A8” Akselerasiya Mərkəzi (Malta), eləcə də regional texnoloji inkişafın dəstəklənməsinə töhfə verən “Kapadokya Texnoparkı” (Türkiyə) yer alır.
Bu qlobal tərəfdaşlıq platforması iştirakçılara çoxşaxəli üstünlüklər təqdim edir. Layihə çərçivəsində startaplar beynəlxalq səviyyəli mentorların bilik və təcrübəsindən faydalanacaq, əqli mülkiyyətin qorunması və patentləşdirmə proseslərində hüquqi və texniki dəstək alacaqlar. Proqram həmçinin iştirakçıları beynəlxalq akselerasiya mərkəzləri və startap tədbirləri ilə əlaqələndirir, qlobal bazardan investisiya imkanları yaradır.
“Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı innovasiya, rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən startapların dəstəklənməsi, onların qlobal şəbəkələrə çıxışı və beynəlxalq investisiya imkanlarına inteqrasiyası məqsədini daşıyır.
Qeydiyyat müddəti: 1 avqust 2025-ci il tarixinə qədər davam edir.
Qeydiyyat linki: https://forms.gle/YwzgE1aXizJ6Km2e9





Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu