İİTKM-də Milli Məclisin deputatı Məzahir Əfəndiyevlə könüllülərin görüşü olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İslahat Könüllüləri” təşkilatının təşəbbüsü ilə Milli Məclisin deputatı Məzahir Əfəndiyevlə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş görüş keçirilib. Görüşdə “İslahat Könüllüləri” ilə yanaşı, “MEDİA Könüllüləri”, “Könüllü gömrükçü”, “Ailəm könüllüləri” və “İnnovasiya Könüllüləri” təşkilatlarının nümayəndələri iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonağı salamlayaraq mövzunun aktuallığını vurğulayıb, gənclərin dövlətçilik ənənələrinə sadiq vətəndaş kimi yetişmələrinin əhəmiyyətindən danışıb.
Milli Məclisinin deputatı Məzahir Əfəndiyev çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü olduğunu diqqətə çatdırıb. O, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, Konstitusiyaya əsaslanan hüquqi və demoktarik dövlət quruculuğunun əhəmiyyətindən danışıb. Azərbaycanın ərazi bötüvlüyü və suverenliyinin tam bərpa edilməsinin tarixi dəyərindən söz açan millət vəkili bu dəyərin qorunub gələcək nəsillərə ötürülməsində gənclərin rolunu xüsusi vurğulayıb.
Sonda könüllülərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib