İqtisadi Şuranın növbəti iclası keçirilib
27 fevral tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamındakı tapşırıqlardan irəli gələrək “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və əsas hədəflərin müzakirəsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi, eləcə də 2025-ci ildə iqtisadi artım, onun əsas amilləri və fəaliyyət sahələrində mövcud vəziyyət, 2025-ci ilin yekunları üzrə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət istiqamətləri, habelə digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən rəy və təkliflər bildirilib.
İclasın yekununda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və digər məsələlər barədə müvafiq tapşırıqlar verilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib