İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 10 illik yubileyini qeyd edir.
Ötən 10 il ərzində İİTKM 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırıb və data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib. Nəticəəsaslı büdcə, ortamüddətli xərclər çərçivəsi, proqram və layihə idarəetməsi sahəsində aparılan islahatlar Mərkəzin dövlət idarəetməsindəki strateji rolunu daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın ən çox islahat aparan ölkələr sırasında yer alaraq 190 dövlət arasında 25-ci pilləyədək yüksəlməsi ən yeni iqtisadi tariximizin mühüm nailiyyətlərindəndir.
İİTKM qlobal miqyasda Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir, “Böyük İyirmilik” (G20) və “Böyük Yeddilik” (G7) ölkələrinin beyin mərkəzləri platformalarında təmsil olunur, Asiya və Türk dünyası beyin mərkəzləri şəbəkələrinin inkişafında fəal iştirak edir. Mərkəzin qazandığı çoxsaylı beynəlxalq mükafatlar sırasında Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) “Əqli mülkiyyət sahəsində ən yaxşı müəssisə” mükafatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modelini nümunəvi innovativ təcrübə kimi qiymətləndirməsi xüsusi əhəmiyyət kəsb edir.
Son 10 ildə “Web of Science” və “Scopus” bazalarında indekslənmiş nəşrlər, 30 kitab və 840 icmal İİTKM-in beyin mərkəzi kimi məhsuldar fəaliyyətinin göstəricisidir.
Mərkəzin nəzdində fəaliyyət göstərən “Azexport” portalı “Amazon”, “Alibaba Group” və “eBay” kimi qlobal platformalarla əməkdaşlıq quraraq Asiyada ən yaxşı e-ticarət platformalarından biri kimi qiymətləndirilib. Azərbaycanın startap ekosisteminin aparıcı platformasına çevrilmiş “Enterprise Azerbaijan” portalı isə dörd startap məktəbi (“Startup School” layihələri) təşkil edib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 1,5 milyard ABŞ dollarından artıq qeyri-neft ixracı reallaşdırılıb. Rəqəmsal Ticarət Qovşağı isə dünyada ilk dəfə olaraq m-rezidentlik xidmətini təqdim edib.
Mərkəzin əsas missiyalarından biri Azərbaycanda həyata keçirilən iqtisadi islahatların yerli və beynəlxalq səviyyədə sistemli kommunikasiyasıdır. Bu məqsədlə 30-a yaxın rəqəmsal resurs fəaliyyət göstərir. Kommunikasiya fəaliyyətinin mühüm istiqamətlərindən biri dövlət proqramlarının icrası çərçivəsində qurumlararası əlaqələrin təmin edilməsidir. Mərkəzin koordinasiyası ilə dövlət qurumları ilə mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır və məlumat mübadiləsi təmin edilir. Mərkəzin fəaliyyətində beynəlxalq kommunikasiya da xüsusi yer tutur. İnnovativ layihələr vasitəsilə Azərbaycanın iqtisadi potensialının beynəlxalq səviyyədə tanıdılması və ölkənin müsbət imicinin formalaşdırılması istiqamətində kommunikasiya həyata keçirilir.
Beləliklə, on illik fəaliyyəti dövründə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkəmizin iqtisadi inkişaf gündəliyinin analitik və kommunikativ platformalarından birinə çevrilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib