İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil etdiyi “Böyük qayıdış: Mədəniyyətin dirçəlişi” tədbirində çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil etdiyi “Böyük qayıdış: Mədəniyyətin dirçəlişi” tədbirində çıxış edib:
“Əgər Duqlas Nort deyirdisə ki, “institutlar əhəmiyyətlidir”, Hantinqton “mədəniyyətlər əhəmiyyətlidir” dedi. Holland sosioloqu Gerd Hofsted ötən əsrin 60-cı illərinin sonlarında ilk dəfə “kross-mədəni” sosial sorğular əsasında millətin portretini hazırladı. Bir qədər sonra onun davamçıları digər xalqların portretlərini hazırlamağa başladılar və Hofstedin nəticələri ilə müqayisə apardılar. Hofstedin milli mədəniyyət modeli altı xarakterik xüsusiyyətə malikdir: güc məsafəsi, fərdilik kollektivizmə qarşı, maskulinitlik feminizmə qarşı, qeyri-müəyyənlikdən yayınma, uzunmüddətli oriyentasiya qısamüddətli normativ oriyentasiyaya qarşı, yumşaqlıq məhdudiyyətlərə qarşı. Hofstedin yaratdığı milli mədəniyyət portreti dəyişir, xalqların mədəniyyəti yenilənir və bu, bəzi alimlərin fikrincə, iqtisadi artıma təsir göstərir. Məsələn, Anqus Medisson hər nəfərə düşən ÜDM həcminə görə 180 il ərzində ölkələrin iki trayektoriya üzrə hərəkətini müəyyənləşdirmişdi: 175 ölkə aşağı və 25 ölkə isə yüksək trayektoriya üzrə inkişaf edir. Aşağı trayektoriyada olan ölkələrin yuxarı trayektoriyaya keçmək cəhdləri çətinliklə üzləşir. Aşağı gəlirli ölkələrin yuxarı trayektoriyaya keçə bilməmələrini “cığırdan asılılıq” (path dependance) effekti adlandırırlar. Rus iqtisadçısı Aleksandr Auzan “cığırdan asılılığ”ı rus dilində “эффект колеи” adlandırır və bunun mədəni kodlarla bağlı olduğunu bildirir. Moskva Dövlət Universitetində aparılan tədqiqatlara belə nəticəyə gəlinib ki, aşağıdan yuxarı trayektoriyaya keçən ölkələrdə mədəni kodlar dəyişib. Məsələn, müəyyənləşdirilib ki, bu ölkələrdə Hofstedin modelinə uyğun olaraq güc məsafəsi azalıb, fərdiyyətçilik güclənib, rasionalizm artıb, uzunmüddətli oriyentasiya güclənib və özünüifadə dərəcəsi yüksəlib. Beləliklə, iqtisadi artımı sürətləndirmək üçün mədəni kodların yenilənməsi və təkmilləşdirilməsinə zərurət var. Azərbaycan xalqının zəngin mədəniyyəti və yenililikçi ruhг ilə iqtisadi artım arasında əlaqənin qurulması üçün tədqiqatların aparılması və uzunmüddətli oriyentasiyanın müəyyənləşdirilməsi məqsədəmüvafiq olardı. Vətən müharibəsində qələbənin gətirdiyi ruh yüksəkliyi Azəbaycan cəmiyyətində özgüvən üçün vacibdir.”









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib