İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində treyninq keçirilib
Bakı - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən ölkəmizdə aparılan iqtisadi islahatların təsirinin qiymətləndirilməsi sahəsində kadr hazırlığına töhfə vermək üçün 21-22 sentyabr tarixlərində “Qanunvericiliyin təsirinin qiymətləndirilməsi (RİA)” mövzusunda seminar təşkil edilmişdir.
Seminar OECD-nin Tənzimləmə Siyasəti Komitəsinin vitse-sədr vəzifəsində Fransanın rəsmi nümayəndəsi olmuş və RİA üzrə beynəlxalq səviyyədə tanınmış ekspert Çarlz-HenriMontin tərəfindən aparılmışdır. “JapanTobacco” şirkətlər qrupunun üzvü və dünyanın aparıcı beynəlxalq tütün şirkəti olan JTI (JapanTobaccoInternational) seminarın keçirilməsinə ekspert dəstəyi vermişdir.
Tənzimləmə siyasəti və idarəçilik məsələləri, Avropa Kommissiyasında və digər ölkələrdə RİA sxemlərinin qiymətləndirilməsi və Azərbaycanda RİA sisteminin qurulmasına dair mövzulara həsr olunmuş bu seminar dövlət və biznes qurumlarının tənzimləmə və idarəçilik siyasəti üzrə yüksək vəzifəli rəsmiləri üçün nəzərdə tutulmuşdur.
Seminarda nazirliklərin, dövlət komitə, agentlik və xidmətlərinin, habelə universitet və özəl sektorun nümayəndələri iştirak ediblər. Sonda iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “JapanTobacco” şirkətlər qrupunun təqdim etdiyi sertifikatlarla təltif olunublar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib