İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib

Prezident İlham Əliyevin rəhbərliyi altında Strateji yol xəritələri özünün əsas məqsədlərinə çatıb: Azərbaycan iqtisadiyyatı 2015-2016-ci illərdəki xarici şokların mənfi təsirindən çıxaraq qısamüddətli dönəmdə sabitləşdi, ortamüddətli dönəmdə isə inkişaf xətti bərpa edilib. Məhz bunun nəticəsində 2020-ci ildə aşağı neft qiymətləri, quraqlıq, pandemiya və Vətən Müharibəsinin təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının qazandığı immunitet böhranın təsirlərini minimuma endirməyə imkan verib.

Strateji yol xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub: Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür.

Hal-hazırda 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Yeni strateji sənədin və tədbirlər planının təsdiqi ilə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icra müddəti 2022-ci il 1 yanvar tarixindən bitmiş hesab olunur.

Qeyd edək ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin hazırlanmasına, icrasına, monitorinq və qiymətləndirməsinin aparılmasına dövlət büdcəsindən heç bir əlavə maliyyə vəsaiti ayrılmayıb və dövlət qurumları bütün tədbirləri onlara ayrılmış büdcə çərçivəsində həyata keçiriblər.

Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə icra vəziyyəti

Strateji yol xəritələrinin icrası nəticəsində vətəndaşların mənzil əlçatanlığı, maddi rifah və sosial sahədə aşağıdakı islahatlar həyata keçirilib:

  • Minimum əmək haqqının məbləği 105 manatdan 300 manata və orta aylıq əmək haqqı 494 manatdan 723 manata (2021-ci ilin 10 ayı üzrə) çatdırılıb
  • Büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqqının məbləği orta hesabla 2 dəfə artırılıb
  • Əmək pensiyasının minimum məbləği 110 manatdan 240 manata, təyin olunmuş aylıq pensiyaların orta məbləği 192 manatdan 331 manata (2021-ci ilin 11 ayı üzrə) çatdırılıb
  • Əlilliyə görə ödənilən aylıq müavinətin məbləği 2 dəfədən çox artırılıb
  • Yaşa görə aylıq müavinətin məbləği 66 manatdan 180 manata çatdırılıb
  • Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən aylıq müavinətin məbləği 74 manatdan 200 manatadək qaldırılıb
  • Ailə başçısını itirməyə görə müavinət 61 manatdan 100 manatadək artıb
  • Beşdən çox uşağı olan qadınlara müavinət - hər uşaq üçün 30 manatdan 70 manata çatdırılıb
  • Müddətli hərbi xidmət qulluqçularının uşaqlarına müavinət 61 manatdan 120 manata çatdırılıb
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 55 manatdan 120 manata çatdırılıb
  • Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə verilən Prezident təqaüdü - 165 manatdan 210 manata çatdırılıb
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1300 manatdan 1450 manata çatdırılıb
  • “Xalq” fəxri adına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 100 manatdan 180 manatadək, “Əməkdar” fəxri adına görə fərdi təqaüd 60 manatdan 120 manatadək artırılıb
  • Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan  elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 01.01.2021-ci ildə təsis edilib:
    • Elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manatadək;
    • Fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manatadək.
  • Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və yaşayış səviyyəsinin daha da yüksəldilməsi məqsədilə dövlət başçısının 11 aprel 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Agentliyin yaradılması eyni zamanda tikinti sektorunun stimullaşdırılması və ipoteka bazarının daha da inkişafına xidmət edib
  • 2016-cı ilin noyabr ayında isə əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sistemini tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmış və icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsinə başlanılıb
  • Qeyri-formal məşğulluğun leqallaşdırılmasında şəffaflıq təmin edilməsi istiqamətində nailiyyətlər əldə olunmuşdur. Belə ki, əmək müqavilələrinin sayı 1 250 105-dən 1 672 694-də (2021-ci ilin 11 ayı üzrə) qədər artıb
  • Vətəndaşlara verilən ipoteka kreditlərinin həcmi 2006-2015-ci illərdə ümumilikdə 721,9 milyon manat təşkil edirdisə, 2016-2021-ci illərdə  verilmiş ipoteka kreditlərinin həcmi 1,4 milyard manat təşkil edib
  • Əhalinin hər nəfərinə düşən gəlirlər 4 710 manatdan 5 707 manata çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R