İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) nümayəndə heyəti ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə mikromaliyyə bazarında mikro, kiçik və orta bizneslərin (MKOB) kreditlərə olan ehtiyaclarının daha mükəmməl ödənilməsi üçün mikromaliyyə institutlarının fəaliyyətinin gücləndirilməsinə nail olmaq məqsədilə hazırlanan sənəd müzakirə olunub.
Görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, AMFA-nın ölkədə mikromaliyyə təşkilatlarının potensialının gücləndirilməsi və mikromaliyyə qurumlarının və müştərilərinin maraqlarının qorunmasına yönəldilmiş son 18 ildəki effektiv fəaliyyətini yüksək qiymətləndirdi. Mikromaliyyələşdirmənin yenicə fəaliyyətə başlayan və inkişaf üçün ənənəvi bank maliyyəsinə yol tapmaqda çətinlik çəkən mikro həcmli və xırda sahibkarların maliyyələşdirilməsi mexanizmi kimi, ev təsərrüfatlarınının genişləndirirməsinə və əhalinin sosial iqtisadi durumuna müsbət təsir göstərərək əhalinin sosial baxımından az təminatlı hissəsinin məşğulluğu baxımından əhəmiyyətini xüsusi qeyd edib.
Görüşdə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva, AMFA Müşahidə Şurasının sədri, Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün maliyyə” MMC-nin İdarə Heyətinin sədri Cəlal Əliyev, AMFA Müşahidə Şurasının sədr müavini, BOKT “Aqrarkredit” QSC-nin İdarə Heyətinin üzvü Süleyman Kələşov, “Embafinans” BOKT-ın İdarə heyətinin sədri Samir İsgəndərov, “Finex Kredit” BOKT-ın İdarə Heyətinin sədri Rəşad Qasımov, “TBC Kredit”-in direktor müavini Mansır Daşdəmirov və “Finca Azerbaijan”-ın regional əməliyyat meneceri Lütvəli Zeynallının iştirakı ilə Azərbaycanda mikromaliyyə xidmətləri bazarını və mikro, kiçik və orta biznesləri (MKOB) gücləndirə biləcək dəyişikliklərə dair ümumi fikri təmsil edən Ağ Sənəd hesabatı müzakirə edilib və mikrokreditlərə olan mövcud tələbin BOKT-lar tərəfindən qarşılanması üçün əsas çağırışlar və həlli yolları barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, MKOB-ların özəl sektorda, əhalinin məşğulluğunda payı və ÜDM-ə əlavə etdikləri dəyər barədə təqdimatlar edilib.
Görüşün sonunda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, MKOB-ların inkişafının ölkədə məşğulluğun artırılmasında və bununla da sosial stabillik və dayanıqlı inkşafın əldə edilməsində vacib rol oynadığını, həmçinin bu sahədə innovativ biznes modellərinin yaradılması və rəqəmsal innovasiyaların tətbiqinin ölkə iqtisadiyyatına töhfə verəcəyini qonaqların diqqətinə çatdırıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib