İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Medianın İnkişafı Agentliyi jurnalistlər üçün təlimə start verir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verir. Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsini və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədi ilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.
Təlimin ilk günündə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların bir istiqaməti də azad və müstəqil medianın inkişafıdır. Xüsusən də, biznes və iqtisadi jurnalistika ictimai rəyin formalaşmasına töhfə verməklə, həm də vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatının əsas atributu olan rəqabət mexanizminin inkişafında böyük rol oynayır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, təlim çərçivəsində aparılan fikir mübadiləsinin media nümayəndələrinin peşə fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıdığını, həmçinin iqtisadi jurnalistikanın biznes, cəmiyyət və dövlət münasibətlərinin inkişafındakı rolunu vurğulayıb.
Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin eləcə də İİTKM-in əməkdaşları iştirak edir. 2 günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib