İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hüquqşünas vəzifəsinə vakansiya elan edir
Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiya: Hüquqşünas
Vəzifə öhdəlikləri:
- İqtisadi qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək;
- Mərkəzin hüquqi xarakterli sənədlərini hazırlanmaq və rəsmiləşdirmək;
- Mərkəzin hüquqi sənədlərinin hazırlanmasında qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəy vermək;
- Departamentlərin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll etmək;
- Məhkəmələrin və digər dövlət orqanlarının Mərkəzin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsini təmin etmək;
- Mərkəzin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, təşkilat daxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy vermək;
- Mərkəzin məhkəmədə təmsil edilməsi, irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək;
- Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanmasında iştirak etmək;
- Mərkəzə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
- Dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- Mərkəzdə hüquqi sənədləşməni sistemləşdirmək və uçotunu aparmaq.
Təhsil və ixtisas tələbləri: Hüquqşünas ixtisası üzrə ən azı magistr səviyyəsində təhsil ( elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə,
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: qanunvericilik aktlarının hazırlanması, habelə, korporativ və müqavilələr hüququ üzrə təcrübəyə malik olmaq, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 2026-cı il 7 oktyabr tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “hüquqşünas vakansiyasına müraciət” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır