İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupu növbəti iclasını keçirib
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupun iclası keçirilib.
Videokonfrans formatında keçirilən iclas Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” məqsədləri üzrə 2025-ci il ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunub.
İşçi qrupunun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 2025-ci ildə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat paketinin icra edildiyini bildirib. O, sosial ödənişlərdəki artım dinamikasının, sosial təminat sisteminin gücləndirilməsi tədbirlərinin ötən il də uğurla davam etdirildiyini vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat inklüziv cəmiyyət” məqsədləri üzrə 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı təqdim edib.
Əməkhaqqı sisteminin təkmilləşdirilməsi, özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması, məşğulluğun səmərəliliyinin artırılması, aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması, pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının təmin edilməsi və pensiyaçıların dövlət təminatının əhatəliliyinin genişləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması kimi fəaliyyət istiqamətləri üzrə görülmüş işlərə dair müzakirələr aparılıb və təkliflər səsləndirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib