İİTKM Zəfər Günü münasibətilə “Invest in Karabakh and Eastern Zangezur” nəşrinin ikinci sayını təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 8 noyabr - Zəfər Günü ərəfəsində “Invest in Karabakh and Eastern Zangezur” (Qarabağ və Şərqi Zəngəzura investisiya) mövzusunda 2-ci xüsusi buraxılışı dərc edib.
İngilis dilində hazırlanan icmalda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, regionun kənd təsərrüfatı, sənaye, enerji və turizm sahələrindəki investisiya imkanları barədə yerli və xarici investorlara ətraflı məlumat verilir.
İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov bildirib ki, builki nəşr ötən illə müqayisədə daha geniş analitik çərçivə və praktiki informasiya bazası təqdim edir. Biznes subyektləri üçün hazır fürsətlər, tətbiq olunan güzəştlər və logistika-enerji infrastrukturundakı irəliləyişlər vahid sənəddə toplanıb.
“Qarabağ və Şərqi Zəngəzura investisiya” icmalı beş bölmədən ibarətdir. Birinci bölmə Qarabağ və Şərqi Zəngəzurun ümumi mənzərəsi ilə yanaşı, regiona ayrılan dövlət vəsaitləri və kredit qoyuluşları, eləcə də tətbiq olunan yeni idarəetmə modeli haqqında məlumatları əhatə edir. İkinci bölmədə Qarabağ və Şərqi Zəngəzurda biznes mühitinə diqqət ayrılır, dövlət tərəfindən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər, digər stimullar barədə məlumat verilir. Üçüncü bölmədə regionda yaradılan müasir fiziki infrastruktur barədə məlumatlar öz əksini tapır. İcmalın dördüncü bölməsində əsasən regionun potensial inkişaf sahələri barədə məlumatlar qeyd edilir və investisiya trayektoriyaları göstərilir. Xüsusilə Qarabağ iqtisadi rayonunda yerləşən “Ağdam Sənaye Parkı” və Şərqi Zəngəzurda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında yaradılan imkanlar vurğulanır. Parkların rezidentləri üçün təqdim olunan güzəştlər və investisiya üçün prioritet sahələr qeyd olunur. Sonuncu bölmədə isə Qarabağ və Şərqi Zəngəzurun gələcək perspektivləri və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilir.
Elnur Ələkbərov əlavə edib ki, “Qarabağ və Şərqi Zəngəzura investisiya” icmalının hər iki buraxılışı ilə tanış olan oxucu və investorlar regionda il ərzində baş verən əsaslı müsbət dəyişikliklərin şahidi olacaqlar. İcmal regionun inkişaf potensialı və investisiya imkanları ilə bağlı biznes subyektləri, investorlar, eləcə də qərar qəbul edən şəxslər üçün strateji əhəmiyyətə malik informativ mənbədir.
“Invest in Karabakh and Eastern Zangezur” xüsusi buraxılışı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:
https://ereforms.gov.az/files/review/pdf/az/ef6b0e7565a7d1b65269dcc2ea226abf.pdf








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib