İİTKM və DİA İnsan Hüquqları Günü münasibətilə seminar keçirib
İqtisadi İslahtların Təhlili və Kommunikasiya Mərkəzində İnsan Hüquqları Günü münasibətilə “İnsan hüquqları: müasir tendensiyalar və hüquqi müdafiə mexanizmləri” mövzusunda seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi, İslahat Könüllülərinin təşkilatçılığı ilə baş tutub.
Seminarı giriş sözü ilə İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov açıb. O, insan hüquqları sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb, bu istiqamətdə gənclərin bilik və hüquqi düşüncəsinin artırılmasının vacibliyini qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev çıxış edərək insan hüquqlarının hüquqi dövlət quruculuğundakı yerindən, beynəlxalq hüquqi yanaşmalardan və müasir dövrdə bu sahədə aktuallıq kəsb edən məsələlərdən bəhs edib.
Seminar çərçivəsində hüquq üzrə fəlsəfə doktoru, dosent, Hüquq kafedrasının müəllimi Gülnaz Ələsgərova mövzu çərçivəsində ətraflı çıxış edib, insan hüquqları sahəsində yeni tendensiyalar, milli və beynəlxalq müdafiə mexanizmləri, hüquq və azadlıqların təmin olunması üzrə institusional və hüquqi alətlər barədə məlumat verilib.
İnteraktiv formatda keçən seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib