İİTKM Sinqapurda innovasiya və dövlət proqram idarəetməsi üzrə beynəlxalq mükafatlara layiq görülüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Sinqapurda fəaliyyət göstərən nüfuzlu beynəlxalq media qurumu - “Gazet International” tərəfindən təşkil olunan “Gazet International Awards 2026” beynəlxalq müsabiqəsində iki nüfuzlu mükafata layiq görülüb. Mərkəz “Süni intellekt əsaslı dövlət sektoru innovasiyalarında liderlik” (Leadership in AI-Driven Public Sector Innovation) və “Ağıllı monitorinq və qiymətləndirmə sahəsində mükəmməllik” (Excellence in Smart Monitoring and Evaluation) nominasiyalarının qalibi elan olunub.
“Leadership in AI-Driven Public Sector Innovation” nominasiyası dövlət sektorunda innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı idarəetmə həllərinin inkişaf etdirilməsi sahəsində fərqlənən qurumların fəaliyyətini qiymətləndirir. “Excellence in Smart Monitoring and Evaluation” mükafatı isə monitorinq və qiymətləndirmə proseslərində rəqəmsal texnologiyaların, ağıllı analitika sistemlərinin və nəticəyönümlü idarəetmə alətlərinin effektiv tətbiqinə görə təqdim olunur.
Müsabiqədə müxtəlif ölkələri təmsil edən dövlət qurumları, maliyyə institutları, texnologiya şirkətləri, innovasiya mərkəzləri və beynəlxalq təşkilatlar iştirak edib.
İİTKM tərəfindən innovativ monitorinq və qiymətləndirmə mexanizmlərinin formalaşdırılması, dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi, məlumat əsaslı qərarvermə sistemlərinin inkişaf etdirilməsi mükafatın qazanılmasında mühüm rol oynayıb.
Mərkəzin fəaliyyəti Azərbaycan Respublikasında süni intellekt texnologiyalarının dövlət idarəçiliyində geniş tətbiqi istiqamətində müəyyən edilmiş strateji prioritetlərlə uzlaşır. Bu kontekstdə İİTKM tərəfindən formalaşdırılmış monitorinq və qiymətləndirmə modeli dövlət proqramlarının icrasına nəzarət, performansın ölçülməsi və məlumat əsaslı idarəetmə modelinin inkişafı baxımından qabaqcıl institusional təcrübələrdən biri kimi qiymətləndirilir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib