İİTKM proqram idarəetməsində “Acquisition İnternational” təşkilatının ali mükafatına layiq görülüb
Azərbaycanın dövlət idarəçiliyində innovasiya, şəffaflıq və məlumat əsaslı qərarvermə prinsiplərinin tətbiqi və bu prosesdə öncül mövqe tutan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyəti qlobal səviyyədə diqqət mərkəzindədir. Böyük Britaniyada yerləşən nüfuzlu “Acquisition International” beynəlxalq media qurumunun təşkil etdiyi “Non-Profit Organisation Awards 2025” müsabiqəsində İİTKM “İnnovasiya” nominasiyası üzrə iki fərqli kateqoriyada ali mükafata layiq görülüb:
- “Data Driven Governance Innovation Excellence Award 2025” (məlumat əsaslı idarəçilikdə innovasiya üzrə mükəmməllik)
- “Non Profit Dedication & Integrity Excellence Award 2025” (qeyri-kommersiya sektorunda sadiqlik və dürüstlük üzrə mükəmməllik)
Bu uğurun əsasında Mərkəzin monitorinq və qiymətləndirmə məqsədilə formalaşdırdığı müasir rəqəmsal idarəetmə platforması dayanır. Platforma layihələrin icrasına nəzarətdə və qərarların dəstəklənməsində data analitikası, coğrafi informasiya texnologiyaları, video-müşahidə sistemləri və süni intellekt imkanlarının tətbiqi ilə seçilir.
Mükafatlandırmada yalnız texnoloji tərəqqi deyil, həm də Mərkəzin qeyri-kommersiya prinsiplərinə sadiqliyi, şəffaflıq, etik idarəçilik və ictimai hesabatlılıq standartlarına ciddi əməl etməsi mühüm rol oynayıb. Məhz bu xüsusiyyətlər Mərkəzə sadiqlik və dürüstlük üzrə mükəmməllik mükafatını qazandırıb.
Qeyd edilən kateqoriyalarda yalnız Azərbaycan deyil, müxtəlif regionlardan olan nüfuzlu təşkilatlar da təltif olunub. Bu isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qlobal innovasiya və idarəçilik arenasında layiqli yer tutduğunu və beynəlxalq səviyyədə rəqabətədavamlı nümunə kimi tanındığını təsdiq edir.
“Acquisition International” Böyük Britaniyada yerləşən və 108 000-dən artıq qlobal abunəçisi olan aylıq rəqəmsal jurnaldır. Bu beynəlxalq media platforması maliyyə, hüquq, investisiya, M&A (birləşmə və satınalma), korporativ idarəetmə və innovasiya sahələrində aktual təhlillər təqdim edir. Jurnalın əsas oxucu bazası Böyük Britaniya, ABŞ, Qərbi Avropa və Asiya-Sakit Okean regionunu əhatə edir.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır