İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Çinin Şanxay şəhərində keçirilən “Üçüncü Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu” tədbirində spiker qismində iştirak edib. “Birlikdən güc almaq: Qlobal Cənubun məsuliyyəti və fəaliyyəti” mövzusunda təşkil olunan tədbirə 120-dən çox ölkədən siyasətçilər, alimlər, tədqiqat institutlarının rəhbərləri və beynəlxalq ekspertlər olmaqla, ümumilikdə 350-dən çox iştirakçı qatılıb.
Rəşad Nəcəfli “Əsas prinsiplərə sədaqət və islahatlar vasitəsilə qlobal idarəetmədə yeni səhifə açmaq” adlı sessiyada çıxış edib. O, Azərbaycanla Çin arasında güclənən tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq iki ölkənin vizasız rejimə keçidinin mobilliyin artmasına, mədəni və akademik mübadilənin genişlənməsinə və qarşılıqlı etimadın dərinləşməsinə xidmət etdiyini bildirib.
İİTKM-in nümayəndəsi Qlobal Cənub ölkələri arasında idarəetmə sahəsində yeniliklərin mübadiləsinin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan süni intellekt əsaslı monitorinq və qiymətləndirmə sistemləri, rəqəmsal ticarət platformaları və məlumatəsaslı koordinasiya mexanizmləri tətbiq etməklə analoji islahatlar həyata keçirir. Qlobal idarəetmə islahatları mövzusuna toxunan Rəşad Nəcəfli sürətlə dəyişən dünyada konstruktiv çoxtərəflilik, inklüziv inkişaf və sübuta əsaslanan siyasət formalaşdırmanın vacibliyini vurğulayıb. O qeyd edib ki, İİTKM davamlı və gələcəyə hesablanan siyasətlərin formalaşdırılmasında məlumatəsaslı idarəetmə, rəqəmsal transformasiya və beynəlxalq bilik mübadiləsinə sadiqdir.
Tədbirdə iştirakçı ölkələr arasında davamlı əməkdaşlıq və birgə tədqiqatları dəstəkləyəcək “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nun daimi Katibliyinin yaradılması rəsmi olaraq elan edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib