İİTKM nümayəndəsi “Atlantic Council IMF–World Bank Week” tədbirlərində iştirak edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli ABŞ-nin Vaşinqton şəhərində keçirilən və qlobal iqtisadi gündəliyin formalaşmasında mühüm rol oynayan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) yaz görüşləri çərçivəsində təşkil olunmuş “Atlantic Council IMF–World Bank Week” tədbirlərində iştirak edir.
Bu nüfuzlu platforma dünyanın aparıcı maliyyə institutlarının rəhbərlərini, mərkəzi bank nümayəndələrini, siyasətçiləri və analitik mərkəzlərin ekspertlərini bir araya gətirərək qlobal iqtisadi artımın perspektivləri, maliyyə sabitliyi, borc dayanıqlığı və texnoloji transformasiyanın iqtisadi sistemlərə təsiri kimi fundamental məsələlərin müzakirəsi üçün mühüm imkan yaradır.
Tədbirlər çərçivəsində xüsusilə diqqəti cəlb edən təşəbbüslərdən biri Atlantik Şurasının (Atlantic Council) tərəfindən həyata keçirilən “Bretton Woods 2.0” platformasıdır. Bu təşəbbüs mövcud beynəlxalq maliyyə sisteminin yenidən düşünülməsi, qlobal çağırışlara uyğunlaşdırılması və daha inklüziv, dayanıqlı iqtisadi arxitekturanın formalaşdırılması istiqamətində strateji yanaşmalar təqdim edir. Yeni geosiyasi reallıqlar, qlobal iqtisadi parçalanma riskləri və inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxışı kimi məsələlər bu müzakirələrin əsas mövzuları sırasındadır.
İİTKM nümayəndəsinin bu yüksək səviyyəli platformada iştirakı Azərbaycanın beynəlxalq iqtisadi dialoqda artan rolunun və ölkədə tətbiq olunan data əsaslı idarəetmə yanaşmalarının qlobal səviyyədə maraq doğurduğunu nümayiş etdirir. Eyni zamanda, bu iştirak dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində əldə olunmuş innovativ təcrübənin beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır.
Qlobal iqtisadiyyatın artan qeyri-müəyyənlik, geosiyasi gərginliklər və maliyyə riskləri ilə üzləşdiyi bir dövrdə keçirilən bu görüşlər beynəlxalq maliyyə institutlarının fəaliyyətində yeni yanaşmaların formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu prosesdə təmsil olunması isə ölkənin strateji baxışının, institusional potensialının və beynəlxalq əməkdaşlığa açıq siyasətinin bariz göstəricisidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib