İİTKM İsveçrənin Əməkdaşlıq İdarəsi ilə əməkdaşlığı möhkəmləndirəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə İsveçrənin Əməkdaşlıq İdarəsinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktor müavini Alberto Hernandez arasında onlayn formatda görüş keçirilib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilən milli prioritetləri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib. Görüşdə İİTKM-də makro-iqtisadi tədqiqatlar üzrə hazırlanmış təhlil və proqnozlaşdırma modellərinin hazırlanmasında SECO tərəfindən təmin edilən ekspert dəstəyi və göstərdiyi əməkdaşlıq yüksək qiymətləndirilib.
SECO-nun Cənubi Qafqaz üzrə Regional Direktor müavini Alberto Hernandez Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafı istiqamətində SECO tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. Görüşdə makro-iqtisadi təhlil və proqnozlaşdırma modellərinin qurulması, diversifikasiya, maliyyə sektorunda islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib. Görüşdə İİTKM-in Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova və SECO-nun Ölkə Proqramı üzrə meneceri Aytən Axundova da iştirak edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib