17 fevral 2021, 11:34

İqtisadi  İslahatların   Təhlili   və   Kommunikasiya  Mərkəzinin   (İİTKM)   icraçı   direktoru Vüsal Qasımlı ilə İsveçrənin Əməkdaşlıq İdarəsinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktor müavini Alberto Hernandez arasında onlayn formatda görüş keçirilib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilən milli prioritetləri,  İİTKM-in monitorinq və qiymətləndirmə institutu  olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə  də  Azexport.az,   EnterpriseAzerbaijan.com, Rəqəmsal  Ticarət  Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib. Görüşdə İİTKM-də makro-iqtisadi   tədqiqatlar   üzrə   hazırlanmış   təhlil   və   proqnozlaşdırma   modellərinin hazırlanmasında SECO tərəfindən təmin edilən ekspert dəstəyi və  göstərdiyi əməkdaşlıq yüksək qiymətləndirilib.

SECO-nun   Cənubi   Qafqaz   üzrə   Regional   Direktor   müavini   Alberto   Hernandez Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafı istiqamətində SECO tərəfindən icra olunan fəaliyyətlər  barədə məlumat verib. Görüşdə makro-iqtisadi təhlil  və proqnozlaşdırma modellərinin   qurulması,   diversifikasiya,   maliyyə   sektorunda   islahatlar   kimi   strateji   sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.  Görüşdə İİTKM-in Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova və SECO-nun Ölkə Proqramı üzrə meneceri Aytən Axundova da iştirak edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az