İİTKM innovasiya ekosisteminin keyfiyyətinin startapların inkişafına təsirini araşdıran beynəlxalq tədqiqata başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının formalaşdırdığı təcrübə, geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi və qlobal tərəfdaşlıq imkanları əsasında "Innovation Ecosystem Quality and Startup Investment Opportunities in Emerging Economies: Evidence from a Cross-Country Survey" adlı beynəlxalq elmi tədqiqata start verilib.
Tədqiqatın məqsədi inkişaf etməkdə olan ölkələrdə innovasiya ekosisteminin keyfiyyətinin startapların investisiya cəlbetmə potensialına, süni intellekt texnologiyalarından istifadəsinə, beynəlxalq bazarlara çıxış imkanlarına və ümumi inkişaf perspektivlərinə təsirini ölkələrarası müqayisəli təhlil əsasında qiymətləndirməkdir.
Araşdırmanın nəticələrinin beynəlxalq elmi nəşrlərin hazırlanmasına, analitik hesabatların işlənib hazırlanmasına və innovasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrin formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Tədqiqat çərçivəsində 20-dən çox ölkədən startap təsisçilərinin, investorların, akselerator və inkubator nümayəndələrinin, universitet və tədqiqat müəssisələrinin, texnologiya şirkətlərinin, dövlət qurumlarının və innovasiya ekosisteminin digər iştirakçılarının sorğuda iştirakı nəzərdə tutulur.
Sorğuda iştirak etmək istəyən şəxslər aşağıdakı keçid vasitəsilə anketi doldura bilərlər:
https://forms.gle/xRc2Pv52QEXZCyCn9
Sorğuda iştirak innovasiya ekosisteminin mövcud vəziyyətinin daha obyektiv qiymətləndirilməsinə, mövcud çağırış və imkanların müəyyənləşdirilməsinə, eləcə də gələcək siyasət və inkişaf istiqamətlərinin formalaşdırılmasına mühüm töhfə verəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib