İİTKM-in şöbə müdiri Vyanada beynəlxalq təlim proqramında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Vyana Beynəlxalq İnstitutu və BVF-nin Bacarıqların İnkişafı İnstitutu ilə birgə təşkil olunmuş “İqlim dəyişikliyinin makroiqtisadi təhlili” mövzusunda beynəlxalq təlim proqramında iştirak edib.
Vyana şəhərində keçirilən proqramda Asiya və Avropa ölkələrinin maliyyə və iqtisadiyyat nazirliklərinin, mərkəzi bankların, islahat agentliklərinin nümayəndələri, eləcə də beynəlxalq maliyyə institutlarının aparıcı ekspertləri iştirak ediblər. İki həftə davam edən proqram çərçivəsində qlobal iqtisadiyyatda baş verən hadisələrin iqlim dəyişiklərinə təsiri, resurs zəngini ölkələrdə enerji subsidiyalarının maliyyələşdirilməsi, karbon emissiyasının azaldılmasının ölkələrin makroiqtisadi göstəricilərinə təsiri üzrə mühazirə və praktiki sessiyalar keçirilib.
Bu proqramda iştirak İİTKM-in qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və Azərbaycanın iqtisadi siyasətinin analitik əsaslarının gücləndirilməsi istiqamətində fəaliyyətinin mühüm tərkib hissəsidir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır