İİTKM-in şöbə müdiri Nicat Hacızadə: “Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə Azərbaycanda inflyasiyanın mövcud durumunu, tendensiyanın nəzarət altına alınması üçün istifadə olunan alətləri, atılan addımları şərh edib. Onun sözlərinə görə, illik və aylıq inflyasiya göstəricilərinə əsasən, cari ilin noyabr ayında Azərbaycan MDB ölkələri arasında ən aşağı göstəriciyə malik ölkələr sırasında olub. “2023-cü ilin noyabr ayı üzrə Azərbaycanın illik inflyasiyası 2,6%, aylıq dəyişmə faizi isə 0,2% təşkil edib. İllik inflyasiyanın ötən illə müqayisədə üç dəfə azalmasını baza təsirindən yaranan dəyişmə kimi də adlandıra bilərik. 2022-ci ilin illik inflyasiyası 15,1%, aylıq inflyasiya dəyişməsi isə 1% təşkil edib. Cari ilin oktyabr ayından noyabr ayına olan aylıq inflyasiya səviyyəsinin ötən ilin eyni dövr keçidindən az olması səbəbindən baza təsiri öz effektini göstərib. İllik inflyasiya səviyyəsi noyabr ayında ərzaq və qeyri-ərzaq məhsulları üzrə 2 faiz bənd, xidmətlər üzrə isə 4 faiz bənd töhfə verib”,- N.Hacızadə qeyd edib.
Şöbə müdirinin fikrincə, bütövlükdə, ilin əvvəlindən etibarən Azərbaycanda inflyasiya dərəcəsinin davamlı enməsi xarici mənşəli kanallardan qaynaqlanan transmissiyanın azalması kimi qiymətləndirilir. İllik və aylıq inflyasiya səviyyəsinin dəyişməsinə əsas ticarət tərəfdaşlarının orta çəkili inflyasiya amili də təsir edib. Hesablamalara əsasən, noyabr ayında orta çəkili xarici aylıq inflyasiya dəyişməsi oktyabr ayı ilə müqayisədə 0,21 faiz bənd azalaraq 0,9% olub.
N.Hacızadə bildirib ki, inflyasiyaya təsir edən amillər sırasında daxili risk amili kimi pul təklifinin izafi genişlənməsini də qeyd etmək mümkündür. Manatla pul bazası ilin əvvəli ilə müqayisədə 8,6%, ümumi pul bazası isə 6% artıb. Belə ki, yanvar ayından etibarən valyuta hərraclarının 95%-də depozitar banklara təklif edilən valyuta tələb edilən həcmi üstələyib. Mövcud şəraitdə yaranan izafi xarici valyuta kütləsi Mərkəzi Bank tərəfindən sterilizasiya edilib.
Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir