İİTKM-in şöbə müdiri iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə "5301.01-Daxili fiskal siyasət və dövlət maliyyəsi" ixtisası üzrə bu dərəcəyə layiq görülüb.
Orxan Sadıqov Azərbaycanda və dünyanın bir çox ölkələrində çap edilmiş 20-dən çox elmi və publisistik məqalənin (o cümlədən “Scopus” bazasında indeksləşən) müəllifidir. O, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Universitetində pedoqoji fəaliyyətlə məşğul olub və hazırda pedoqoji fəaliyyətini davam etdirir.
Orxan Sadıqov 2016-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində müfəttiş, 2016-2020-ci illərdə Maliyyə Nazirliyinin Aparatında İqtisadi sahələrin maliyyəsi şöbəsində məsləhətçi və aparıcı məsləhətçi olub. O, 2020-2023-cü illərdə Maliyyə Nazirliyinin Aparatında İqtisadi sahələrin maliyyəsi şöbəsinin Dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus qurumların maliyyəsi sektorunun müdiri vəzifəsində işləyib. 2024-cü ilin iyun ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri, avqust ayından isə Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib