İİTKM-in nümayəndəsi Qazaxıstanda keçirilən beynəlxalq seminarda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq seminarda çıxış edib.
“Kölgə iqtisadiyyatının idarə edilməsi” mövzusuna həsr olunmuş seminarda kölgə iqtisadiyyatının ölçülməsi, vergi inzibatçılığının idarəetmə strategiyaları və effektiv risk idarəetməsi mövzularında beynəlxalq təcrübələr, xüsusilə iştirakçı ölkələr üzrə mövcud vəziyyəti əks etdirən təqdimatlar dinlənilib, ekspertlərlə bu əsasda müzakirələr aparılıb. Əbdülrəhim Dadaşov Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. O, vergi islahatları, elektron xidmətlərin genişləndirilməsi və iqtisadi şəffaflığın artırılması ilə bağlı ölkə təcrübəsini auditoriya ilə bölüşüb.
BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən təşkil olunan tədbirdə Qafqaz və Mərkəzi Asiya regionuna daxil olan 10 ölkədən 28 nümayəndə iştirak edib. Onlara kölgə iqtisadiyyatının idarə olunmasında mütərəqqi yanaşmaları öyrənmək, habelə müxtəlif ölkələrin təcrübələri ilə tanış olmaq imkanı yaradılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu