İİTKM-in nümayəndəsi Çində keçirilən beynəlxalq seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Çinin Çanşa şəhərində keçirilən “Green Economy Development and Cooperation for Belt and Road Countries” (“Kəmər və Yol” ölkələri üçün yaşıl iqtisadiyyatın inkişafı və əməkdaşlıq üzrə seminar) adlı beynəlxalq təlim proqramında iştirak edib.
Proqramda Çinin enerji transformasiyası, yeni enerji sənayesinin inkişafı, emissiyaların azaldılması texnologiyaları, karbon emissiyalarının idarə olunması və inzibati nəzarət sistemi, ekoloji idarəetmə, ekoloji və ətraf mühit üzrə böyük verilənlər, pilotsuz uçuş aparatlarının ekoloji mühafizədə tətbiqi, meşə ekosistemlərinin monitorinqi və çirkləndirici müəssisələr üzərində ekoloji nəzarət kimi mövzular ətahə olunub.
Seminar iştirakçıları Çinin yaşıl texnologiyalar və enerji həlləri sahəsində fəaliyyət göstərən müəssisələrinin təcrübəsi ilə yerində tanış olublar. Proqram çərçivəsində “HuaZi Technology Co. Ltd.”, “Wasion Energy Co. Ltd.”, “Minghe Group” və digər müəssisələrə səfərlər təşkil edilib.
Təlim çərçivəsində əldə olunan təcrübə iştirakçı ölkələrdə yaşıl texnologiyaların tətbiqi, innovasiya və startap ekosisteminin yaşıl transformasiyaya cəlb edilməsi, rəqəmsal həllər və ekoloji monitorinq, texnologiya transferi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyət daşıyır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib