İİTKM-in nümayəndəsi Çində ağıllı monitorinq texnologiyalarına həsr olunan seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Samir Rəhimov Çin Xalq Respublikasında keçirilən “Bir kəmər, bir yol” ölkələri üçün ağıllı monitorinq texnologiyaları və məhsulların idarə edilməsi” adlı beynəlxalq seminarda iştirak edib.
Proqramın əsas məqsədi "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulan ölkələrin nümayəndələrinin texnologiya sahəsində bilik və bacarıqlarının artırılması, Çin təcrübəsinin öyrənilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi olub.
Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi və Şenzen Beynəlxalq İqtisadi və Texnoloji Əməkdaşlığın Təşviqi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar Çinin rəqəmsal inkişaf strategiyası, süni intellekt əsasında işləyən təhlükəsizlik sistemləri, ağıllı şəhər həlləri, videoanalitika, rəqəmsal idarəetmə platformaları və IoT (əşyaların interneti) texnologiyalarının real tətbiqi mövzuları üzrə mühazirələr dinləyib, həmçinin qabaqcıl texnologiya şirkətlərinə, müəssisələrə və bir çox innovasiya mərkəzlərinə səfərlərdə iştirak ediblər.
Samir Rəhimov bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından çıxış edərək seminar çərçivəsində əldə olunan bilik və təcrübənin əhəmiyyətini, ölkələrimiz arasında texnologiya, innovasiya və ağıllı idarəetmə sahələrində əməkdaşlığın inkişaf perspektivlərini vurğulayıb.
Qeyd edək ki, beynəlxalq proqramda İİTKM-lə yanaşı, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin nümayəndələri də iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib